Hafiz Paşayev: "Bizim işimiz onların vətənə dönmələrini təmin etməkdir"

15:55 | 12.03.2014
Hafiz Paşayev: "Bizim işimiz onların vətənə dönmələrini təmin etməkdir"

Hafiz Paşayev: "Bizim işimiz onların vətənə dönmələrini təmin etməkdir"

"Hazırda bizim işimiz vaxtilə xaricə işləməyə gedən azərbaycanlıların öz vətənlərinə dönmələrini təmin etməkdir" - bu açıqlamanı xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Bakıda keçirilən İnvestisiya Sammitində çıxışı zamanı deyib.

O, Azərbaycan Diplomatiya Akademiyasının gənc qurum olduğunu qeyd edib: "Biz bu təhsil ocağını açmamışdan əvvəl dünya praktikasını öyrəndik. Azərbaycanda ilk universitet 1919-cu ildə yaradılıb. Sovetlər dövründə də savadlılıq göstəricisi yüksək idi. Sovet İttifaqı dağılandan sonra ölkədəki istedadlı pedaqoqların çoxu daha yaxşı həyat, daha rahat yaşam üçün xaricə köçdülər. İndi bizim əsas işimiz həmin şəxslərin xaricdən öz vətənlərinə dönmələrini təmin etməkdir. Düşünürəm ki, gənc və fəal təhsil naziri ilə biz bu istiqamətdə müəyyən addımlar atacaq, nəticədə isə uğur əldə edəcəyik".

Cəmilə İbrahimova

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM