Türkiyə müstəqil millət vəkili Hakan Şükür baş nazir Rəcəb Tayyib Ərdoğan barəsində Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputat sorğusu göndərib. ANS PRESS-in xəbərinə görə, Şükür TBMM-yə göndərdiyi sorğuda baş nazirdən bəzi suallara cavab verməsini tələb edib. Baş nazir Ərdoğanın Yalova şəhərində keçirdiyi mitinqdə, 17 dekabr əməliyyatlarından əvvəl polisin onun haqqında iddianamə hazırlaması barədə sözlər dediyini xatırladan Hakan Şükür sualları da baş nazirin Yalova mitinqindəki çıxışı ətrafında hazırlayıb. Şükür həmçinin baş nazirin mitinqdə təzadlı fikirlər səsləndirdiyini iddia edib. “Baş nazirin əlində belə bir iddianamə varsa ictimaiyyətlə niyə paylaşmır?Belə bir iddia varsa sənəd və sübut lazımdır. Belə bir sənəd varmı?Əgər baş nazirin əlində belə bir sənəd varsa həmin səmnədin altında müvafiq prokurorun və polis rəisinin imzası lmalıdır. Bu şəxslər barədə prokurorluq və polis idarəsinə məlumat verildimi?Məlumat verilibsə həmin prokuror və polis rəisi barəsində hansı ölçü götürülüb?Baş nazir barəsində prokurorluq və polis idarələrinin istintaq səlahiyyətləri yoxdur. Konstitusiyanın 100-cü və TBMM-nin daxili nimaznaməsinin 107-ci maddəsinə görə, baş nazir barəsində istintaq səlahiyyəti TBMM-yə aiddir. Respublika prokurorunun bunu bilməmə ehtimalı varmı?”. Daha əvvəl “Qalatasaray” komandasının və Türkiyə yığmasının oyunçusu olan Hakan Şükür 12 iyun 2011-ci ildə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilərək TBMM-yə daxil olmuş, 2013-cü il dekabrın 16-da AKP-dən istefa verərək müstəqil millət vəkili kimi fəaliyyətini davam etdirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !