Hakerlər 32 milyon xəyanətkarın profilini deşifrə etdilər

15:40 | 19.08.2015
Hakerlər 32 milyon xəyanətkarın profilini deşifrə etdilər

Hakerlər 32 milyon xəyanətkarın profilini deşifrə etdilər

Kimliyi bilinməyən kompüter "quldurları" "Ashley Madison" adlı eşqbazlıq saytına yönltdikləri təhdidi həyata keçirdilər. 32 milyon istifadəçisi olan bu saytın bütün informasiyası hakerlərin əlinə keçib. Bura profil sahiblərinin əsl adları, telefon nömrələri, bank kartlarının seriya nömrəsi, pin kodları və s. daxildir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, haker qrupu özlərini belə adlandırır: "Pseudonym The Impact Team". Qeyd edək ki, hakerlər bir ay əvvəl saytın bağlanmayacağı təqdirdə istifadəçilərə aid informasiyaları açıqlayacaqlarını elan etmişdilər.

Hazırda ABŞ kəşfiyyat idarəsi FTB və Kanada polisi 9,7 Giqabayt böyüklüyündə informasiyaları ələ keçirən qrupun axtarışındadır.

Eşqbazların saytı isə hadisə ilə bağlı rəsmi bəyanat yayıb və orada qeyd olunub ki, bu hücumu azad və müstəqil düşüncəyə qarşı atılan addım kimi dəyərləndirirlər.

Hakerlərin ən son yaydığı məlumat isə ondan ibarətdir ki, saytda qadın adı ilə üzv olan istifadəçilərin əksəriyyəti saxtadır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM