CNN-lə bağlı ağır iddia: pul qarşılığında hökumətlər üçün məlumat toplayıb - VİDEO

16:55 | 19.08.2015
CNN-lə bağlı ağır iddia: pul qarşılığında hökumətlər üçün məlumat toplayıb - VİDEO

CNN-lə bağlı ağır iddia: pul qarşılığında hökumətlər üçün məlumat toplayıb - VİDEO

CNN keçmiş əməkdaşlarından biri Amber Lion şirkətin "Ərəb baharı" prosesləri zamanı çəkilən görüntüləri həmin ölkələrin hökumətlərinə pul qarşılığında satdığını iddia edib

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu iddia ilə çıxış edən ABŞ-da və Bəhreyndə etirazçılara qarşı tətbiq edilən polis zorakılığı və insan haqları pozuntuları ilə bağlı məlumatları hazırlamaqda məşhur olan amerikalı tədqiqatçı jurnalist, üç dəfə "Emmy" mükafatının qalibi Amber Liondur. Onun iddialarından biri də odur ki, müəyyən hadisələr, mövzular  haqqında proqram hazırlamaq üçün ABŞ və bir çox xarici hökumətlər CNN şirkətinə ödənişlər edib.

"Ərəb baharı" məsələsi ilə bağlı iddialarını əsaslandırmağa çalışan jurnalsit qeyd edib ki, 2011-ci ilin mart ayında inqilabla bağlı prosesləri lentə almaq üçün dörd nəfərlik yaradıcı qrup Bəhreynə ezamiyyətə göndərilib və bu qrup hadisələrlə bağlı maraqlı görüntülər əldə ediblər. Amber Lion İngiltərənin "Guardian" qəzetinin əməkdaşı Glenn Greenwaldın 2012-ci il 4 sentyabr məqaləsini fakt kimi ortaya qoyub və ona istinad edərək bildirib ki, "Ərəb baharı" ilə bağlı Bəhreynə gedən jurnalistlərin bir çox təhlükəyə dözərək əldə etdikləri məlumatlar və kamera qeydlərindən ibarət olan sənədlər "CNN International" heç vaxt efirə buraxmadı. Hətta CNN daxilində bununla bağlı narazılıqlar olsa da, rəhbərlik öz işçilərinin çoxsaylı şikayətlərinə məhəl qoymayıb. Bu sənədli filmin yayımlanması və ya yayım haqqında hər hansı bir qərarın açıqlaması söylənilən iddiaları bir daha doğrulayır.

A.Lion qeyd edir ki, bu günə qədər də sənədli görüntülərlə bağlı CNN hər hansı proqram hazırlamayıb. Həmin aylarda Bəhreyndən qayıtdığını deyən Lion "Bəhreyn rəhbərliyinin iddialarında yalanlar var idi və mən CNN rəhbərliyindən hazırladığım xəbərləri yayımlanmasını xahiş etdim, amma bu baş vermədi, əvəzində mənim hazırladığım süjetlərin Bəhreyn hökumətinə satdığını ilk əldən gördüm" - deyib.

A.Lion özünün və qrupunun hazırladığı xəbərlərinin "Bəhreyn hesabatı" adı altnda Bəhreyn hökumətinə təslim edildiyini iddia edib: "Həmin vaxtlar Bəhreyn hökuməti bəzi görüntüləri yaymamaq şərtilə beynəlxalq jurnalsitləri ölkəyə buraxmışdı. Amma bizim əlimizdə hökumət əleyhinə olan görüntülər və sənədlər vardı".

A.Lion hazırda öz veb saytını yaradıb və  ABŞ mediasında qapalı qapılar ardında nələr olub-olmadığını icitmaiyyətə xəbər verməyə çalışır.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb