Hakimlərin linç olunması istiqamətində müdafiəsinə ehtiyac var- Deputat

12:45 | 08.10.2024
Hakimlərin linç olunması istiqamətində müdafiəsinə ehtiyac var- Deputat

Hakimlərin linç olunması istiqamətində müdafiəsinə ehtiyac var- Deputat

Hakimlərin şəxsiyyətinin linç olunması istiqamətində müdafiəsinin güclənməsinə ehtiyac var. Bunu deputat Bəhruz Məhərrəmov deyib.

"Əgər kimsə hesab edirsə hakim səhv qərar çıxarıb bunun üçün müzakirə yeri sosial media olmamalıdır. Bunun üçün daha üst instansiyalar var. Amma çox təəssüflər olsun ki, biz davam edən məhkəmə prosesi, yaxud prosesi aparan hakimlər barədə ayrı-ayrı qərəzli media orqanlarında, xüsusən Qərbin uzantıları funksiyasını yerinə yetirən media orqanlarında hakimə və məhkəmə prosesinə təzyiq xarakterli yazıların adi hal almasına şahidlik edirik”, -deputat bildirib. 

Məhərrəmov söyləyir ki, süni qaydada siyasiləşdirən məhkəmələrdə daha sonra hakimlər haqqında ittihamlar səslənir. 

"Bu söz azadlığı ola bilməz, bu gün özünü demokratiyanın beşiyi hesab edən ölkələrdə, məsələn həımin media orqanların daim nümunə gətirdiyi ABŞ-də hər hansı jurnalist sərbəst formada məhkəmə prosesindən adi bir foto çəkə bilirmi? Yaxud bu özünə media deyən agentlərin ABŞ-də məhkəmə binası qarşısında Azərbaycanda yaratdıqları şounu təkrarlamağa imkanları olarmı?”, - deputat əlavə edib. 

Millət vəkili təklif edib ki, hakimlərin bu istiqamətdə müdafiəsinin güclənməsinə ehtiyac var.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti