Qatilə hökm oxundu - FOTO

10:59 | 26.07.2018
Qatilə hökm oxundu - FOTO

Qatilə hökm oxundu - FOTO

İş üzrə dindirilmiş Seyidmalik Məmmədov bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, onun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və bu nikahdan bir oğulları dünyaya gəlib. Həyətləri geniş olduğundan, yaşayış sahəsində oğlu üçün ayrı ev tikib. Hadisədən bir ay əvvəl Seyidmalik həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. Məmmədov həm gəlinindən, həm də qonşusundan qəsəbəni tərk etmələrini, əks təqdirdə onları öldürəcəyini deyib.


O, məsələni oğlundan gizli saxlayıb. Bundan bir müddət sonra həmin şəxs paytaxtı tərk edib və Zaqatala rayonunda məskunlaşıb. Aysel isə əvvəlki kimi evdə yaşamağa davam edib. Seyidmalik ona dəfələrlə xəbərdarlıq etsə də gəlini sözlərinə əhəmiyyət verməyib. Ayın 11-də əsəblərinə hakim ola bilməyən Məmmədov odlu silahdan Ayselə atəş açaraq, onu qəsdən öldürüb.


Məhkəmənin hökmü ilə S.Məmmədov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin olunmasını xahiş edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM