• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Hansı hallarda mobil nömrəni daşımaq mümkün deyil?

Hansı hallarda mobil nömrəni daşımaq mümkün deyil?
11.03.2014 22:01
Məlum olduğu kimi, respublika ərazisində mobil (sellülar) nömrə daşınması xidməti 01 fevral 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb.Hazırda xidmətin tətbiqi uğurla davam etdirilir. Məlumat üçün qeyd edirik ki, abunəçinin digər operatorun şəbəkəsinə nömrəsinin daşınması üçün tələb olunan müddət 6 (altı) iş günü təşkil edir. Abunəçilər mövcud nömrələrini saxlamaq şərti ilə seçdikləri digər mobil operatorların müştəri xidmətlərinə müraciətlər edir və nömrə daşınması xidmətindən yararlanırlar.Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, nömrə daşınmasından bir sıra hallarda imtina oluna bilər. Belə ki, daşınması tələb olunan nömrə abunəçiyə aid olmadıqda, abunəçi barədə məlumatlarda səhv olduqda, daşınması tələb olunan nömrə üzrə borc olduqda imtina halı mümkündür.Bundan başqa, daşınması tələb olunan nömrə üzrə abunə müqaviləsinin dayandırılması barədə abunəçinin verici operatora müraciəti olduqda və ya müqavilə ləğv edildikdə, daşınması tələb olunan nömrənin verici operator tərəfindən abunəçinin istifadəsinə verildiyi tarixdən 3 (üç) ay müddət keçmədikdə (həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədlərdə, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar müqavilənin yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur), verici operator və abunəçi arasında abunə müqaviləsindən irəli gələn hər hansı məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda imtina nömrə daşınmasından oluna bilər.Xatırladaq ki, bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi sellülar (mobil) nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.//Mincom.gov.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
4 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub
İqtisadiyyat 12:34
4 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub
Azərbaycanda sənaye istehsalı azalıb
İqtisadiyyat 12:29
Azərbaycanda sənaye istehsalı azalıb
Ölkədə iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 12:25
Ölkədə iqtisadiyyatı böyüyüb
Dörd ayda 148,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
İqtisadiyyat 12:03
Dörd ayda 148,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Google Pay artıq Yelo Mastercard istifadəçiləri üçün aktivdir!
İqtisadiyyat 11:32
Google Pay artıq Yelo Mastercard istifadəçiləri üçün aktivdir!
“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!
İqtisadiyyat 11:30
“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!
Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
İqtisadiyyat 11:27
Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 11:07
Aktiv vergi ödəyicilərinin sayı artıb
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
İqtisadiyyat 09:41
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol