Hava limanında əməliyyat: Zinət əşyaları aşkarlandı

12:03 | 02.09.2014
Hava limanında əməliyyat: Zinət əşyaları aşkarlandı

Hava limanında əməliyyat: Zinət əşyaları aşkarlandı

Sankt-Peterburq-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Vüqar Hümbətova məxsus baqaj rentgen aparatından keçərkən monitorda zərgərlik məmulatlarına oxşar predmetlərin təsviri görünüb.ANN.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman V.Hümbətova məxsus çantadan gömrük nəzarətinə təqdim olunmayan 15 ədəd üzük, 8 cüt sırğa, 18 ədəd qolbaq, 1 ədəd boyunbağı və 3 ədəd üzük-sırğa cütü dəsti aşkar edilib.   İlkin araşdırma zamanı V.Hümbətov istirahət məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getdiyini, orada qohumu olan bir şəxsin ona sözügedən zərgərlik məmulatlarını verərək evinə çatdırmasını xahiş etdiyini bildirib, lakin həmin məmulatları bəyan etməməsinin səbəbini isə qanunvericiliyi bilməməsi ilə əlaqələndirib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 190,74 qram olan və 585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür