III Dünya Müharibəsinin astanasındayıqmı? Dünyanın siyasi panoraması belə deməyə əsas verirmi? 2015-ci ildən miras qalan konfliktlər – Suriya, Türkiyə, Rusiya, ABŞ, İran, Səudiyyə Ərəbistanında baş verənlər dünyanın od-alova bürünməsi ilə nəticələnə bilərmi? Üstəlik, Şimali Koreyanın nüvə, hidrogen bombası ilə dünyanı hədələməsi nə deməkdir?
Bu sualları ANN.Az-a açıqlamasında siyasi şərhçilər, politoloqlar, analitiklər cavablandırıblar.
Bu sualları ANN.Az-a açıqlamasında siyasi şərhçilər, politoloqlar, analitiklər cavablandırıblar.
Ayaz Mütəllibov
Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov hesab edir ki, dünyada baş verən proseslər Azərbaycana qismən təsir edə bilər: "Çünki biz müstəqil yolumuzu gedirik. Buna baxmayaraq, böyük dövlətlərin bizə marağını nəzərə alaraq bəzi təsirlərin olacağı düşünüləndir. Xüsusən Qarabağ problemi ilə əlaqədar. Ümumiyyətlə, Cənubi Qafqazda ən çox maraq göstərilən ölkələrdən biri məhz Azərbaycandır. Ölkəmiz elə geostrateji mövqedə yerləşir ki, bu da istər-istəməz siyasi proseslərə müdaxilə etməyə imkan verir. Amma elə eləməliyik ki, maraq obyektinə düşməyək”.
III Dünya Müharibəsi mövzusuna toxunan sabiq prezident nüvə silahı olan yerdə kimsənin müharibə etməyə cürətinin çatmayacağını deyib: "Bu gün o qədər nüvə silahı var ki, onlar işə düşərsə, dünya məhv olar. Bunu hər kəs gözəl başa düşür və hamı da bilir ki, açıq şəkildə müharibə olmayacaq. Müharibə lokal şəkildə gedəcək. Misal üçün, Yaxın Şərqi, qonşu İranla bağlı baş verən son hadisələrə diqqət yetirək. Vəziyyət pis olsa da, müharibəyə xas olan əlamətlər görünmür”.
Aydın Mirzəzadə
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müharibələrin bəşər tarixinə vurduğu ziyandan danışıb: "Nə III, nə də IV Dünya Müharibəsi olmayacaq. Çünki II Dünya Müharibəsi bəşəriyyətə kifayət qədər böyük zərbə vurub, qlobal mənada hələ də onun ziyanını çəkirik. Hansısa dünya müharibəsinin başlamasına da inanmıram. Əgər baş verərsə, bu, oturuşmuş iqtisadi və bank sisteminin on illiklərlə geriyə atılması demək olacaq. Hazırda bu və ya digər ölkələr arasında baş verən münaqişələri lokal və müəyyən maraqların toqquşmasından yaranmış hadisə kimi qiymətləndirmək lazımdır. Dünya hər mərhələdə münaqişələrin aradan qaldırılmasına, yaranmış gərgin münasibətlərin diplomatik yolla həll edilməsinə çalışır. Necə ki, əvvəllər Millətlər Liqası, BMT yaranıb, indi də yeni-yeni formatların yaranması vacibdir”.
Deputat dünyada baş verən bu proseslərin Azərbaycana təsir göstərməyəcəyi qənaətindədir: "Yalnız birbaşa aidiyyəti olan məsələlərdə təsir göstərə bilər. Amma hazırkı konfliktlərin heç birinin ölkəmizə aidiyyətı yoxdur. Səudiyyə Ərəbistanı və İran aralarındakı problemlərini özləri həll edəcəklər. Düzdür, bu dövlətlərin bizimlə yaxşı münasibətləri var, amma onların ikisinin arasında baş verənlərin bizə dəxli yoxdur”.
Elxan Şahinoğlu
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bir çox dünya ölkələri arasında münasibətlərin pisləşməsinə baxmayaraq, III Dünya Müharibəsinin baş verməyəcəyini bildirib: "II Dünya Müharibəsindən sonra bəzi ölkələr arasında münasibətlər gərginləşsə də, bu III Dünya Müharibəsinə gətirib çıxarmadı. Düşünmürəm ki, bundan sonra da böyük dövlətlər dünya müharibəsinə başlasınlar. Baxmayaraq ki, Rusiya ilə ABŞ arasında münasibətlər gərgindir və hər iki dövlət nüvə silahına malikdir. Ancaq bu dövlətlər qırmızı xətti keçirilməsinə imkan verməzlər. Bu prinsip qorunacağı müddətdə də heç bir dünya müharibəsi olmayacaq. Səudiyyə Ərəbistanı ilə İran arasında münasbiətlərin gərginləşməsi məsələsinə gəlincə, hər iki dövlət son anda riskli addımlar atmaqdan çəkindilər. İran Səudiyyə Ərəbistanı səfirliyinə etdiyi hücuma görə üzr istədi, Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi də İranla diplomatik münasibətlərin müəyyən müddətdən sonra yenidən bərpa oluna biləcəyini dedi. Bu onu göstərir ki, hər iki dövlət münasibətlərin gərginləşməsini, böyük toqquşmaların baş verməsini istəmir”.
Baş verən proseslərin Azərbaycana təsirindən danışan politoloq vurğulayıb ki, dünyada baş verən əksər hadisələrin bizə dəxli var: "Misal üçün, nə qədər vətəndaşımız Suriyadakı müharibəyə qoşulub, vuruşmaq üçün ora gedib. Hətta terrorçulara qoşulanlar da var. Rusiya və Türkiyə arasındakı gərginlik necə ölkəmizə təsir etməyə bilər? Türkiyə strateji müttəfiqimiz, Rusiya isə tərəfdaş qonşu dövlətdir. Bu dövlətlərlə sıx münasibətlərimiz var. Səudiyyə Ərəbistanı ilə İran arasında olan gərginliyin də bizə təsiri var. Səudiyyə Ərəbistanı bizə müttəfiq ölkə sayılır. Bu ölkə Dağlıq Qarabağın işğal faktoruna görə Ermənistanla diplomatik münasibətləri olmayan 3 dünya ölkəsindən biridir. İran isə əksinə, Ermənistanla əlaqələrini yaxşı səviyyədə saxlayır. Hətta İran Ermənistan üzərindən Gürcüstana qaz ötürmək niyyətindədir. Bu da ölkəmiz üçün xoş olmayan jestdir”.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu cəmiyyətin təfəkküründə müharibə anlayışının dəyişmədiyini deyib: "Demək olar ki, dünya ölkələri müharibə ərəfəsindədir. Əvvəllər belə hallar olmayıb ki, bir ay ərzində 3 dövlət başqa 3 dövlətin üzərinə hücum etsin. Faktiki olaraq bu, dünya müharibəsi ərəfəsi deməkdir. Bu müharibələr əvvəlki illərdə olduğu kimi qanlı-davalı savaş səviyyəsində deyil. Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin kökünə nəzər salsaq, iki dövlət arasında məzhəb davasının tarix boyu olduğunu görərik. Amma heç vaxt şiddətli şəkildə bu dövlətlər arasında məzhəb müharibəsi olmayıb. O cümlədən Şimali Koreyanın sərt addım atacağını düşünmürəm. Düzdür, bu ölkənin atom silahı, hidrogen bombası və s. var, ancaq müharibə həddində kimlərləsə kəskin şəkildə mübarizə aparacağı proqnozlaşdırılmır”.
M.Əhmədoğunun fikrincə, hazırki durumda aralarında müharibə baş verə biləcək iki dövlət Rusiya və ABŞ-dır: "Əslində, türklər rusların təyyarəsini vurmaqla bu ölkələr arasında münasibətləri daha da pisləşdirdi. Onsuz da indi müharibə gedir, ancaq bu digər dövlətlərin yox, məhz ABŞ və Rusiya arasında gedir. Biz müharibə dedikdə odlu-alovlu döyüşlər, savaşlar nəzərdə tuturuq, amma onu da yaddan çıxarmayaq ki, hər şey dəyişdiyi kimi müharibə aparmağın üsulları da dəyişib”.
Politoloq sonda vurğulayıb ki, bu proseslərin ölkəmizə təsiri çox olmayacaq: "Ancaq hər hansı neqativ hadisələrin qarşısını almaq üçün dövlətlə birgə olub, bu hadisələrə qarşı mübarizə aparmaq lazımdır”.
Orxan Aslanlı

www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !