Hücumçumuz Avropanın ən yaxşıları sırasındadır

18:29 | 21.11.2013

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin bombardirlər siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin yekununa əsasən müəyyənləşən siyahının liderlər qrupunda Bakının ABU klubunun oyunçusu da yer alıb.

 

Belə ki, komandamızın bombardiri İnarə Yusibova 5 ən yaxşı bombardir arasındadır.

 

Ötən həftə sonu Yunanıstanın “QAS Meqas Aleksandros” klubu ilə görüşlərdə 15 qol vuran hücumçumuz həmin matçlardakı rəqibi Eleni Anastasiou, həmçinin Aleksandra Laçrabere (“Beqles-Biqanos”, Fransa) ilə 3-5-ci yerləri bölüşür. Bu “üçlük” liderlərdən cüzi fərqlə geri qalır: ilk 2 yerdə “Bazel”in (İsveçrə) həndbolçuları – Sereyna Hoçstrasser və Aline Mazis qərarlaşıblar ki, onların aktivində müvafiq olaraq, 17 və 16 dəqiq zərbə var. Buna da isveçrəlilərin zəif rəqiblə oynaması və 2 matçın cəmində 80:48 hesabı ilə qalib gəlməsi səbəb olub.

 

Ümumilikdə ilk “50-lik”də isə 3 həndbolçumuz yer alıb. Marina Tankaskaya 11 qolla 12-19-cu, İranə Qasımov 9 topla 29-38-ci yerlərə şərikdir.

 

Qeyd edək ki, ABU 1/8 finalda Serbiya “Milenium”u ilə qarşılaşacaq.  

Apasport

0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM