UFC çempionu Həbib Nurməhəmmədovun məşqçisi və atası olan Abdulmanap Nurməhəmmədov Rusiya prezidenti Vladimir Putinin xahişini cavabsız qoymayıb.
Oxu.Az xəbər verir ki, A. Nurməhəmmədov Həbibi irlandiyalı Konor Makqreqorla döyüşdən sonra cəzalandırmayacağına dair Putinə verdiyi sözü yerinə yetirdiyini bildirib.
"Vladimir Vladimiroviç bunu məndən həm kamera önündə, həm də təkbətək söhbətdə xahiş etmişdi. Rəhmətlik atam da məndən bunu istəmişdi. Biz Həbiblə normal danışdıq və qərara gəldik ki, o bir daha belə etməyəcək”, - deyə o vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !