ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə zərf duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-22° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 16-21° isti, gündüz 29-34° isti olacağı gözlənilir. Dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !