Həkim Sənan Mehdiyev saxlanılıb - Rəsmi

17:12 | 21.01.2025
Həkim Sənan Mehdiyev saxlanılıb - Rəsmi

Həkim Sənan Mehdiyev saxlanılıb - Rəsmi

Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb. Bu barədə report məlumat yayıb. 

Sənan Mehdiyev Nəsimi Prokurorluğunda başlanan cinayət çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənilir.

Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM