• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Həkim və müəllimlərin maaşları artacaq ŞAD XƏBƏR

Həkim və müəllimlərin maaşları artacaq ŞAD XƏBƏR
29.05.2020 10:05
“Hazırda Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə 8,3 faizdir”.“2013-2018-ci illərdə Azərbaycanın inkişafının prioritetlərini seçərkən məruz qaldığımız itkilər və əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi vacibdir. Yeni inkişaf modelinin seçilməsi bu təcrübəyə əsaslanmalıdır. Buna əsasən son 10 ili Azərbaycanın intibah illəri kimi səciyyələndirə bilirik”.ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” konfransında maliyyə naziri Samir Şərifov söyləyib.S.Şərifov deyib ki, Azərbaycan son 10 ildə xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran və kosmosa peyk çıxaran ölkəyə çevrilib: “Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. 10 il ərzində əmək haqları 6,4, pensiyalar 8,6 dəfə artıb, yoxsulluq 50 faizdən 6 faizə enib. Ölkənin valyuta ehtiyatları isə 50 milyard dollara çatıb”.S.Şərifov 2003-2013-cü illərdə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması üçün 12 dəfə fərman və sərəncam imzalandığını, pensiyaların baza hissəsinin indeksləşdirilməsi üçün 8 sərəncam verildiyini qeyd edib.Maliyyə naziri “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qeyri-neft sektorunun inkişafını, sənayeləşmənin sürətləndirilməsini nəzərdə tutduğunu söyləyib:“Konsepsiyada 2020-ci ilə qədər ÜDM-in 2 dəfə artırılması, Azərbaycanın yüksək insan inkişafı ölkələri sırasına daxil olması qarşıya məqsəd qoyulub. 2012-ci ildə Azərbaycan ÜDM istehsalına görə 69-cü yerə, adambaşına düşən ÜDM-ə görə 78-ci yerdə qərarlaşıb. Hazırda Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə 8,3 faizdir. Təhsil və səhiyyə sektorunda çalışanların əmək haqlarının orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması planlaşdırılır”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
İqtisadiyyat 12:13
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:21
Qızılın qiyməti bahalaşıb
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 10:50
Aktiv vergi ödəyicilərinin sayı artıb
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
İqtisadiyyat 10:50
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İqtisadiyyat 10:24
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
İqtisadiyyat 10:08
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti bahalaşıb
Курсы валют Центрального банка Азербайджана
İqtisadiyyat 09:20
Курсы валют Центрального банка Азербайджана
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol