Həkim Xalq artistinə xərçəng diaqnozu qoyub

15:27 | 24.10.2018
Həkim Xalq artistinə xərçəng diaqnozu qoyub

Həkim Xalq artistinə xərçəng diaqnozu qoyub

"Həkimlər mənə xərçəng diaqnozu qoymuşdu".

Bu sözləri xalq artisti Flora Kərimova "ATV şou" verilişində deyib.

"Bir az özümü pis hiss edirdim. Bakıda adlı-sanlı həkimə getdim, baxdı, dedi ki, xərçəngsən. Amma sən demə, ana olmağa hazırlaşırdım. Söylədi ki, sizi kədərləndirmək istəmirəm. Amma həkim olaraq demək istəyirəm ki, sizdə bəd xassəli şiş var. Onun sözlərindən çox pis oldum. Qızım Zümrüdü də yeni dünyaya gətirmişdim, balaca idi. Həkimin qardaşı dünyasını dəyişdiyi üçün əməliyyat ertələndi. Mən də başqa həkimə müraciət etdim. Başqa həkim baxan kimi dedi ki, siz hamiləsiniz. Mən də xeyli dərmanlar içdiyimə görə uşağı saxlaya bilmədim.

İndi qızım Zümrüd deyir ki, niyə mənim bacım olmadı? Axı sirdaşım olacaq bacıya ehtiyacım var. Bir sözlə, illər öncə həkim səhlənkarlığının qurbanı olmuşam".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti