Həkimlər xərçənglə mübarizədə yeni üsul tapdı - VİDEO

21:18 | 01.09.2014
Həkimlər xərçənglə mübarizədə yeni üsul tapdı - VİDEO

Həkimlər xərçənglə mübarizədə yeni üsul tapdı - VİDEO

Yeni yaradılmış qurğu sayəsində pasiyentin qanında nadir şişlərə meylliliyi test etmək mümkün olacaq. Şişin metastaz verib-verməməsini bilmək üçün bu, xüsusilə aktualdır. ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, qurğu səs dalğalarından istifadə edərək xərçəng hüceyrələrini tiplərə bölür. Məsələnin mahiyyəti ondan ibarətdir ki, səs dalğasının əksi hüceyrələrin xüsusiyyətləri haqda (ölçüsü, sıxılması) məlumat verir. Bu yaxınlara qədər səs dalğası texnologiyasından istifadə edilsə də, hüceyrələri dəqiqliklə ayırmaq mümkün deyildi. Bu dəfə isə alimlər birbaşa dalğalardan istifadə ediblər. Onlar hüceyrələrin hərəkət trayektoriyalarının arasına keçir. İlk olaraq yanaşmanın effektivliyini plastik hissəciklər üzərində sınayıblar. Məlum olub ki, səs dalğası hissəcikləri 9,9 mikrona bölür. Sonradan kompüter modeli qoşulub. Bu zaman hissəciklərin hərəkət trayektoriyasını müəyyənləşdirmək mümkün olub. Səs dalğası buraxan qurğunu müəyyən hissəciklərə yönəltmək mümkün olub. Alimlər diametri 20 mikron olan MCF-7 xərçəng hüceyrələrini ağ qan hüceyrələrindən ayıra biliblər. Həmin hüceyrələr ölçüdən əlavə, sıxılma və düz səthinə görə də fərqlənib. Qurğunun nəzər sahəsinə xərçəng hüceyrələrinin 71%-i tuş gəlib. Yaxın zamanlarda alimlər bu üsulu kliniki şəraitdə yoxlamağı planlaşdırırlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür