Ceyms Uorlik iriçaplı silahlarla atəşkəsin pozulmasını qəbul edilməz hesab edir.
ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik son günlər Qağlıq Qarabağda atəşkəsin intensiv şəkildə pozulmasına reaksiya bildirib. ANS PRESS-in məlumatına görə, amerikalı həmsədr twitter səhifəsində bu kimi halların qəbul edilməz olduğunu qeyd edib.
"Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsində 120 millimetrlik minomyotlardan istifadə olunur. Bu cür halların çoxalması qəbul olunmazdır.” – deyə Ceyms Uorlik bildirib.
Həmsədr yazdığı növbəti twitdə son günlər Azərbaycan kəndlərində dinc əhalinin hədəfə götürülməsini də pisləyib.
"Biz Dağlıq Qarabağ münaqişəsində günahsız vətəndaşların qəsdən hədəfə götürülməsini pisləyirik. Biz problemin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq.” – deyə amerikalı həmsədr növbəti bəyanatında vurğulayıb.
Ermənilər 1994-cü il mayın 12-də Bişkek şəhərində Azərbaycan və Ermənistan hakimiyyətləri tərəfindən imzalanan Atəkəs rejimini hər gün pozur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !