Həmsədrlər yaxın günlərdə regiona səfər edəcək

18:18 | 24.10.2017
Həmsədrlər yaxın günlərdə regiona səfər edəcək

Həmsədrlər yaxın günlərdə regiona səfər edəcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov Stefan Viskonti Fransa, Andrü Şofer yaxın günlərdə regiona səfər edəcək.

AzVision.az "News.am”-a istinadən xəbər verir ki, bunu Qondarma "Dağlıq Qarabağ Respublikası”nın "müdafiə naziri” Levon Mnaçkanyan bildirib.

Onun sözlərinə görə, həmsədrlər regiondakı cari durumu müzakirə edəcəklər. 

Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona səfər edəcəyini bildirmişdi: "Prezidentlərin danışıqları zamanı bir sıra məsələlər müzakirə olunub və prezidentlər danışıqların intensivləşməsinə dair razılığa gəliblər. 

Həmsədrlərin danışıqları ilin sonuna kimi intensiv şəkildə aparacaqlarına dair təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Lakin görüşün yeri və tarixi hələlik məlum deyil"

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM