Hərbə ən çox pul xərcləyən dövlətlər - SİYAHI

18:28 | 14.04.2014
Hərbə ən çox pul xərcləyən dövlətlər - SİYAHI

Hərbə ən çox pul xərcləyən dövlətlər - SİYAHI

Başda ABŞ olmaq üzrə Qərb ölkələri 2013-cü il üçün hərbi xərclərini azaldıbBaşda ABŞ olmaq üzrə Qərb ölkələri 2013-cü il üçün hərbi xərclərini azaldıb. ANS PRESS-in məlumatına görə, buna baxmayaraq dünyanın digər ölkələrində əhəmiyyətli bir artım gözə dəyir. Türkiyə də ən çox hərbi sahəyə pul ayıran ölkələr siyahısında 14-cü sıraya yüksəlib.Stokholm Sülh Araşdırmaları İnstitutu dünya səviyyəsində 2013-ci ildə edilən hərbi xərclər hesabatını açıqlayıb. Qərb ölkələri ötən il hərbi xərcləri azaldıb, Asiya, Afrika və Yaxın Şərq ölkələri isə əksinə xərcləri artırıb.Hesabata görə 2013-cü ildə dünya səviyyəsində hərbi xərclər 1,9 % nisbətində azalıb. Bunun ən əhəmiyyətli səbəbi ABŞ-ın xüsusilə İraqdan çəkildikdən sonra müdafiə sənayesinə xərclədiyi vəsaiti azaltmasıdır.Asiya, Afrika və Yaxın Şərqdə isə tam bir silahlanma yarışı yaşanır.ABŞ-dan sonra dünyada ən çox hərbi sahəyə xərc çəkən ölkələr Çin və Rusiya isə silahlanmaya davam edir. Çin hərbi xərclərini yüzdə 7,4%, Rusiya isə 4,8 % nisbətində artırıb.Orta şərq ölkələri arasında ən çox hərbi xərcləmə edən ölkə isə Səudiyyə Ərəbistanıdır. Hərbi xərclərini 14% nisbətində artıran Səudiyyə Ərəbistanı Fransa və İngiltərəni geridə buraxaraq dünya sıralamasında dördüncü sıraya yüksəlib.Türkiyə də hərbi xərclər siyahısında son bir ildə 16-cı sıradan 14-cü sıraya yüksəlib. Türkiyə milli gəlirinin 2,3%-i, yəni 19,1 milyard dollarını hərbi xərclərə ayırıb.Ötən il dünya üzrə hərbi büdcə ümumilkdə bir katrilyon 747 milyard dollar təşkil edib. Bu miqdarın 37%-i isə ABŞ-ın payına düşür. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür