• $
  • £

Hərbi alpinistlərin fəth edəcəyi zirvə “Zəfər” adlandırılacaq

Hərbi alpinistlərin fəth edəcəyi zirvə “Zəfər” adlandırılacaq
19.06.2021 23:30
Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və "Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü il dönümü ilə əlaqədar alpinist ekspedisiyası təşkil olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, "Zəfər Azərbaycanındır” adlı alpinist ekspedisiyasının üzvləri Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində (hündürlüyü 4301m) yerləşən adsız zirvəyə yola düşəcəklər.

Alpinistlərin fəth edəcəyi adsız zirvə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə "Zəfər” adlandırılacaq. Hərbçilərin iştirak etdiyi alpinist ekspedisiyası hava şəraiti nəzərə alınaraq iyunun19-dan 30-dək keçiriləcək.

Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və "Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev fəth ediləcək zirvəyə yola düşməzdən əvvəl digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub
Cəmiyyət 21:07
Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın olub
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 17:24
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 15:30
Sabah çimərliklərdə hava necə olacaq?
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
Cəmiyyət 14:52
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
Cəmiyyət 14:33
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Cəmiyyət 13:47
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Sabahın hava proqnozu
Cəmiyyət 12:42
Sabahın hava proqnozu
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Cəmiyyət 12:02
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Cəmiyyət 11:10
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol