Rusiyanın şərqində yerləşən Zabaykalye kəndindəki hərbi cəbbəxanada ard-arda baş verən partlayışlarda 11 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə çərşənb günü RİA Novosti regionun güc strukturlarındakı mənbəyə istinadən xəbər yayıb.
Mənbə deyib: "Dəqiqləşdirilmiş məlumatlara görə, ümumilikdə 34 nəfər xəsarət alıb, 11 nəfər həlak olub. Daha 11 nəfər xəstəxanaya yerləşdirilib, yerdə qalanlara ambulator tibbi yardım göstərilib".
Son məlumatlara görə, Böyük Turdakı hərbi hissənin ərazisindəki bütün yanğın ocaqları söndürülüb. Yerli hakimiyyətin məlumatına görə, 20 partlayış qeydə alınıb. Anbarda trotil, tank və piyadalar əleyhinə minalar saxlanılırmış.
Alovun yanacaq anbarına keçməsi təhlükəsi olub. Partlayışlar kənddəki yaşayış evlərinin bir hissəsini zədələyib, məktəbin damı və şüşələri qismən dağılıb. Baş verənlərlə bağlı cinayət işi açılıb.
ANN.Az