• $
  • £

Hərbi cinayətlərdə ittiham olunanların növbəti məhkəməsi keçirilib - Yenilənib

Hərbi cinayətlərdə ittiham olunanların növbəti məhkəməsi keçirilib - Yenilənib
21.01.2025 18:09

Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.

Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib.Budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb.

Məhkəmədə Davit Babayanın vəkili vəsatətlə çıxış edib. O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib.İttiham tərəfi vəsatətə etiraz etməyib.Hakim Davit Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.

Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.

Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərin təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.

Zərərçəkmişin nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı həkimlər var:
"Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtlı-vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı heç bir prosessual əsas yoxdur... Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilməsin”.

Zərərçəkmişin nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır:
"Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkənin hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmamasını xahiş edirəm”.

Zərərçəkmişin nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslər ölkəni tərk edərkən saxlanılıblar:
"Onların məhkəmədən gizlənməsi, ədalət mühakiməsindən yayınması təhlükəsi qalır”.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə vəsatətlərə münasibət bildirmək üçün söz verib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib:
"Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Ümumiyyətlə”, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.

İttiham olunanlar Arkadi Qukasyan, Bako Sahakyan, Melikset Paşayan, Davit Allahverdiyan vəsatətlərin təmin olunaraq ev dustaqlığına buraxılmalarını xahiş edib.

Digər təqsirləndirilən şəxslər vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq.

 11:02

Qondarma "Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələrinin üzvlərinin cinayət işi üzrə növbəti məhkəməsi başlayıb. 
 
2 may 2024-cü il tarixdə Azərbaycan baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.


Həbs edilənlər Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyedir.


Onlar Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol