ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, hərbi jurnalistlər münaqişə bölgələrində çalışdıqlarından onlara xüsusi hüquqi status verilməlidir. Putin, həmçinin Ukraynadan qaçqın düşən insanlara tibbi yardım etməyin zəruriliyindən danışıb və əlavə edib ki, bu qəbildən olan insanlar müvəqqəti yaşayış və iş yeri ilə təmin edilməli, Rusiya vətəndaşlığına götürülməlidirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !