Hərbi məhsul istehsal edən yeni müəssisələr istifadəyə veriləcək

14:41 | 13.03.2014
Hərbi məhsul istehsal edən yeni müəssisələr istifadəyə veriləcək

Hərbi məhsul istehsal edən yeni müəssisələr istifadəyə veriləcək

Azərbaycanda müdafiə təyinatlı yeni növ məmulatın istehsalı üzrə müəssisələr istifadəyə veriləcək. Lent.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi bağlı tədbirlər planında əksini tapıb.

 

Tədbirlər Planına əsasən, sənaye müəssisələrinin yenidən qurulması və yeni emal sənayesi müəssisələrinin yaradılması işlərinin dəstəklənməsi, Azərbaycanda polad istehsalı kompleksinin qurulması məqsədi ilə məsləhətçi şirkətin cəlb edilməsi, texniki iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılması da nəzərdə tutulub.

 

Həmçinin, ölkəmizdə alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələr istifadəyə veriləcək. Dövlət başçısının təsdiq etdiyi Tədbirlər Planında o da qeyd olunur ki, Gəncə və Mingəçevirdə sənaye parkı yaradılacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM