“Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib

12:03 | 22.11.2014
“Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib

“Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. 

ANN.Az “Report”a istinadən xəbər verir ki, dəyişiklik “Hərbi qulluqçuların statusu haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə edilib. 

Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrində və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda respublikadan gedə bilərlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür