Hesablama Palatası Səfərbərlik üzrə Dövlət Xidmətində yoxlamalar aparır
22.05.2023 18:22
Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır.
Bununla bağlı Dövlət Xidmətindən məlumat veriblər.
Xatırladaq ki, bu il martın 17-də Prezident İlham Əliyev qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.