Həsən Ruhani İlham Əliyevi təbrik etdi

18:07 | 12.03.2014
Həsən Ruhani İlham Əliyevi təbrik etdi

Həsən Ruhani İlham Əliyevi təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev İranın xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.İbrahim Rəhimpur İran prezidenti Ayətullah Həsən Ruhaninin qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb. İbrahim Rəhimpur İranla Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu bir gündə ölkəmizə səfərindən və İlham Əliyev ilə görüşündən məmnunluğunu ifadə edib.İlham Əliyev Ayətullah Həsən Ruhani ilə Davosda görüşünü məmnunluqla xatırlayıb. Dövlət başçısı prezidentlərin görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğulayıb. Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Prezident iranlı həmkarının Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, onun da təbriklərini İran Prezidentinə çatdırmağı xahiş edib.//Trend
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM