Həsənağa Sadıqovun oğlu: "Atamın vəziyyəti günbəgün pisləşir"

07:58 | 26.07.2018
Həsənağa Sadıqovun oğlu:

Həsənağa Sadıqovun oğlu: "Atamın vəziyyəti günbəgün pisləşir"

Bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun səhhəti pisləşib.


Qaynarinfo  xəbər verir ki, bu barədə sənətkarın oğlu Elşən Sadıqov məlumat verib. O, atasının müalicəsinin xarici ölkələrdə mümkün olduğunu deyib:


"Atam pisdir. Qaraciyər bütün daxili orqanları sıradan çıxarıb. Demək olar ki, qaraciyər fəaliyyətini itirib. Ümid göydə Allahadır. Atamın müalicəsi üçün kömək lazımdır. Atam xarici ölkəyə aparılsa, sağalmasına ümid çoxdur. Hər gün atamın ömründən gedir. Gecələr komaya düşür”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM