• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Heydər Əliyev Mərkəzində "Təbəssüm bağı" nümayiş olunacaq

Heydər Əliyev Mərkəzində
31.05.2024 19:55
İyunun 7-də Heydər Əliyev Mərkəzində tanınmış çinli rəssam Yüe Mincünun "Təbəssüm bağı" adlı fərdi sərgisi açılacaq.

Sərgidə rəssamın "Avtoportret" və "Güllər" silsilələrinə aid əsərləri - rəsm və heykəltəraşlıq nümunəsi təqdim olunacaq.

Müasir Çin incəsənətinin tanınmış nümayəndəsi olan Yüe Mincünun "Avtoportret" silsiləsindən olan əsərləri dünya incəsənətində əks-səda yaradıb. Həmin silsilədə yaradılan obrazların hamısında geniş təbəssümlü insanlar təsvir olunub. Bəziləri həmin təbəssümü "istehza gülüşü" adlandırır, digərləri isə onun dramatik və kədərli olduğu qənaətindədir. İstənilən halda, həmin obrazlardakı təbəssümlər dərhal yaddaşlara həkk olunur.

Rəssamın digər məşhur silsiləsi "Güllər"di. Həmin əsərlərdə COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlərin yaratdığı fəsadlar rəssamın təxəyyülünə uyğun əks olunur. Belə ki, bu incəsənət nümunələrindəki obrazların üzünü tibbi maska deyil, güllər bağlayır.
Qeyd edək ki, Yüe Mincünun Çinlə yanaşı müxtəlif ölkələrdə - ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Xorvatiya, İndoneziya, İslandiya, İspaniya, İsveçrə, İtaliya, Koreya, Kuba, Niderland, Sinqapur, Tailandda fərdi sərgiləri keçirilib, əsərləri dünyanın tanınmış qalereya və muzeylərinin kolleksiyalarında yer alıb.

Yüe Mincünun Heydər Əliyev Mərkəzində nümayiş olunacaq "Təbəssüm bağı" sərgisi oktyabrın 27-nədək davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Ucarda qəza olub, yaralılar var
Cəmiyyət 11:30
Ucarda qəza olub, yaralılar var
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 10:00
Bu ərazilərdə qaz olmayacaq
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Cəmiyyət 09:13
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Cəmiyyət 09:09
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Cəmiyyət 09:00
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Cəmiyyət 23:06
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Cəmiyyət 20:00
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol