Azərbaycanın Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) verilən məlumata əsasən, Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkizinin qarşısına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.
Oxu.Az NİİM-in məlumatına istinadla xəbər verir ki, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır.
Tezliklə görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !