Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a verilən məlumata görə, nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.
Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır.
Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !