Heydər Əliyev prospektinin əsas hissəsi bağlanır – FOTO + VİDEO

18:15 | 02.04.2015
Heydər Əliyev prospektinin əsas hissəsi bağlanır – FOTO + VİDEO

Heydər Əliyev prospektinin əsas hissəsi bağlanır – FOTO + VİDEO

I Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir və artıq bir sıra tikinti-yenidənqurma işləri yekunlaşıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a verilən məlumata görə, nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.

Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır.

Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.
 




 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb