Putin terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb

20:11 | 02.05.2024
Putin terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb

Putin terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb.

Artem Donskov, İslam Xəlilov və Nikita İvanov "Qurbanların xilasına görə” medalı ilə təltif ediblər.

Onlar "Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” bu mükafata layiq görülüblər.

Xatırladaq ki, martın 22-si axşam saatlarında "Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Bununla bağlı 10-dan çox şəxs həbs edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM