Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

18:57 | 02.05.2024
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlara müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.Bu barədə Qırğızıstan XİN-in yaydığı məlumatda bildirilir.

 "Nazirlik Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan həmvətənlərinə əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinməyi tövsiyə edir”, - departament qeyd edir.

İndiyədək "Qırğızıstan vətəndaşlarının respublikanın Rusiyadakı diplomatik nümayəndəlik və konsulluq idarələrinə” Rusiya Federasiyasına girişindən kütləvi şəkildə imtina halları ilə bağlı heç bir siqnal olmayıb.

Nazirlik tövsiyə edib ki, Qırğızıstan vətəndaşları tərəfindən "gözlənilməz hallar və ya təcili suallar” yaranarsa, respublikanın Moskvadakı səfirliyinin qaynar xəttinə müraciət etsinlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM