Sabah bu ərazilərdə qaz olmayacaq

22:52 | 02.05.2024
Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS” ölçü qovşağından qidalanan "Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 03.05.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatı dayandırılacaq. Bu barədə "Azəriqaz” İB məlumat yayıb.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM