Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

18:12 | 02.05.2024
Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdə olan ASEAN Parlament Assambleyasının (AIPA) baş katibi Siti Rozaimeriyanti ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və AIPA arasında əməkdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.

Azərbaycanın bir çox ASEAN ölkələri ilə mövcud əlaqələrinin öz növbəsində AIPA çərçivəsində əməkdaşlığa, habelə rəsmi Bakının AIPA-ya müşahidəçi üzv kimi qəbul edilməsinə töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov, çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın parlamentlərarası əməkdaşlıq və dialoq formatlarına əhəmiyyət verdiyi, bu istiqamətdə AIPA ilə də təmasların davam etdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

Ceyhun Bayramov Azərbaycanın COP29-a hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib.

Keçmiş münaqişədən sonra sülh təşəbbüsü ilə çıxış edən ilk tərəfin, habelə prosesin irəlilədilməsində ən çox səy göstərən tərəfin Azərbaycan olduğu diqqətə çatdırılıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə ilk dəfə səfərdə olan baş katib Siti Rozaimeriyanti, bu kimi təşəbbüslərin əhəmiyyətindən bəhs edib, o cümlədən parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM