Heydər Əliyevin Ermənistandakı ata ocağı - FOTO+VİDEO

22:08 | 08.03.2018
Heydər Əliyevin Ermənistandakı ata ocağı  - FOTO+VİDEO

Heydər Əliyevin Ermənistandakı ata ocağı - FOTO+VİDEO

Şotland tədqiqatçı jurnalist Bredli Jardin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Ermənistandakı ata ocağının yeni görüntülərini paylaşıb.

Moderator.az xəbər verir ki, Ermənistanı gəzən əcnəbi jurnalsit martın 3-də özünün "Tvitter” səhifəsində Heydər Əliyevin ata yurdu, hazırda "Tanaat” adlandırılmış Sisyan rayonunun Comərdli kəndinin yeni fotolarını yayıb. Onun sözlərinə görə, ayrıca fotoda göstərilən uçuq divarları qalmış ev mərhum prezidentin ata ocağı olub. Xatırladaq ki, Əlirza kişinin ailəsi 1925-ci ilədək, yəni oğlu Heydər Əliyevin 2 yaşı olanadək bu kənddə yaşayıb.
 


Şotland jurnalist yazır ki, kəndin erməni sakinlərinin sözlərinə görə, hərdən Naxçıvandan azərbaycanlılar hərbi sərhədi keçərək Comərdliyə ziyarətə gəlirlər.
Oxuculara daha əyani olmaq üçün Comərdli kəndinin "You Tube” kanalındakı 2012 və 2014-cü ilə aid video-görüntülərini də təqdim edirik.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM