Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video

19:39 | 13.12.2021
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video

Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video

Azərbaycanın qədim torpağı olan Zəngəzur ətrafında müzakirələr getdikcə aktivləşir. Buna səbəb 44 günlük müharibədən sonra yaranmış reallıqlar fonunda qalib Azərbaycanın təşəbbüsü ilə hazırda Ermənistanın nəzarətində olan Qərbi Zəngəzur ərazisindən Zəngəzur dəhlizinin çəkilməsi perspektivləridir.

Anews.az  xəbər verir ki, Paşinyan hakimiyyəti bu ərazilərin tarixən ermənilərə məxsus olduğunu bəyan edərək, dəhlizin açılışı hesabına Ermənistanın öz ərazisinin bir hissəsi üzərində yurisdiksiyasını itəcəyi haqqında dezinformasiyalar yayır.

Ümummilli lider Heydər Əliyev öz çıxışlarının birində deyirdi ki, XX əsrin 20-ci illərində, sovet hakimiyyəti təzə qurulan zaman Azərbaycana qarşı ədalətsizlik edildi. Zəngəzur mahalının Araz çayı sahilindəki Mehri rayonu da Ermənistana verildi. Mehri rayonunun Nüvədi kənd sakinlərinin azərbaycanlılardan ibarət olması isə bölgənin etnik tərkibi haqqında erməni tərəfinin iddialarının yanlışlığına şübhə yeri qoymur.

"Mehri rayonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kəndidir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənistanın olan Mehri rayonunda, həmin məsafənin düz ortasında yerləşir.
Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən Ermənistana verilibdir. Amma Nüvədi tamamilə Azərbaycan kəndi və qədim, çox böyük ənənələrə malik olan bir kənddir. Onu da deyə bilərəm ki, həmin Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardır.
Mənim xatirimdədir, hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə onlar Nüvədidən çıxmırdılar. Sonradan onları oradan zorla çıxarıb Zəngilandakı Vejnəli kəndinin yanına gətirdilər. Orada çadırlarda yaşayırdılar. Onlar doğma kəndlərindən çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxara da bilmirdilər. Sonradan bir neçə dəfə Naxçıvana mənim yanıma gəldilər, imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, onda bizim imkanımız var idi, Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, nüvədililərin yanına vertolyot vasitəsilə bir neçə dəfə nümayəndələr göndərdim. Biz oraya müəyyən yardım göndərdik, onlarla əlaqə saxlayırdıq”, - məsələ barədə H.Əliyev 1998-ci ildə Konstitusiya Komitəsinin iclasında bildirmişdi.

Daha ətraflı AZTV-nin hazırladığı videomaterialda:
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb