Hicab və saqqal qadağası

09:52 | 07.08.2014
Hicab və saqqal qadağası

Hicab və saqqal qadağası

Sincan Uyğur Muxtar Vilayətinin şimalındakı Karamay şəhəri rəsmiləri, qadınların ictimai nəqliyyat vasitələrinə hicab və örtüklə minməsini qadağan etdi.

ANS PRESS-in məlumatına görə, uzun saqqallı kişilər də “Karamay Daily” qəzeti tərəfindən elan olunan qadağa çərçivəsinə daxildir. Rəsmi məlumatlara görə, 1 milyona yaxın adamın yaşadığı Karamay şəhərində əhalinin 75 faizini Xan mənşəli Çinlilər meydana gətirir. Bölgənin şimalında iştirak edən və zəngin neft yataqlarıyla tanınan şəhərdə azlıq təşkil edən Uyğurlar sıxıntılara məruz qalır. Çin mediasına görə, Uyğur bölgəsində son 2 ildə meydana gələn şiddət hadisələrində ölənlərin sayı 300-ə yaxınlaşıb. Hadisələri terror aktı kimi xarakterizə edən Pekin rəhbərliyi, radikal İslamçılıq axınının bölgədə təsirli olduğunu və bunun da terror təşkilatlarına zəmin hazırladığını önə sürür. Beynəlxalq insan hüquqları teşkilatlarıysa, uyğurlara istiqamətli mədəni və dini təzyiqlərin şiddət hərəkətlərinə yol açan başlıca faktor olduğuna diqqət çəkir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM