Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb

23:20 | 08.05.2024
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Siyasət və Proqrama Dəstək Bürosunun Direktoru Markos Atias Neto ilə görüşüb.Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Görüşdə BMTİP-in "Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətdə əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib”.

Mayın 7-də Markos Neto Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilmiş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxış edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM