• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
26.09.2023 19:36
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Bu barədə Aİ Şurasının mətbuat xidməti xəbər verir.
 
Görüş zamanı iştirakçılar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarından danışıb.

Görüş həmçinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşünün aktuallığı barədə iştirakçılar arasında intensiv fikir mübadiləsi aparmağa imkan verib.

"Aİ hesab edir ki, Qranadada mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər”, - Aİ Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Prezident onları təltif edib - Siyahı
Siyasət 16:30
Prezident onları təltif edib - Siyahı
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Siyasət 14:25
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Siyasət 13:54
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
Siyasət 06:13
Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
Siyasət 21:26
Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol