Hindistan Ermənistana silah satmasına kommersiya maraqları kimi yanaşır

16:14 | 28.12.2023
Hindistan Ermənistana silah satmasına kommersiya maraqları kimi yanaşır

Hindistan Ermənistana silah satmasına kommersiya maraqları kimi yanaşır

Hindistan Ermənistana silah satmağı kommersiya maraqları kimi əsaslandırır. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. 
 
"Hindistanın bu məsələ ilə bağlı rəsmi mövqeyi var. Bunu politololoqlar səviyyəsində şərh edə bilmərəm. Hindistan Ermənistana silah satmağı Azərbaycana qarşı qərəzli mövqeyi ilə əlaqələndirmir. Bildirir ki, burada kommersiya maraqları var. Azərbaycan da bildirir ki, bunu qərəzli mövqe kimi qəbul etməyin. Amma biz isə düşünürük ki, belə bir addım atılanda region ölkələrin maraqları nəzərə alınmalıdır. Ermənistanı silahlandırmaq region üçün yeni təhdid mənbəyi ola bilər və bu sülhə zərbə ola bilər", - nazir bildirib.  
 
Hindistan Ermənistana  30 və 40 mm çaplı 150 min qumbara tədarük edəcək.  Təchizatı "Munitions India Limited” (MIL) şirkəti həyata keçirəcək.
Bu şirkət artıq Ermənistana 5 milyon ədəd 7,62 mm-lik sursat tədarük edib.
 
Daha əvvəl Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik "ATAGS” adlı haubitsa tədarük edəcəyini açıqlamışdı. Bildirilib ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır.
 
Bundan əvvəl deputatlar, politoloqlar Hindistanın Ermənistana silahlandırılmasının region üçün təhlükə olacağını açılayıb. 
 
Gülnar Nazimqızı 
 

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti