Hindistanda anomal istidən ölənlərin sayı 1400 nəfəri keçdi

17:50 | 28.05.2015
Hindistanda anomal istidən ölənlərin sayı 1400 nəfəri keçdi

Hindistanda anomal istidən ölənlərin sayı 1400 nəfəri keçdi

Hindistanda anomal istidən ölənlərin sayı 1400 nəfəri keçib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, ölkə rəsmiləri Andxra Pradeş və Telenqada ştatlarında istiliyin 47 dərəcəyə çatdığını bildiriblər. İlkin statistikaya görə, ölənlərin sayı 1412 nəfərdir. İstidən həyatını itirənlər əsasən inşaat işçiləri və evsizlərdir.
 
Meteoroloji Departamentin əməkdaşları anomal istilərin bir neçə gün davam edəcəyini bildiriblər. 
 
Temperaturun növbəti həftədən etibarən düşməsi gözlənilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM