Hindistanın Sahil Mühafizəsi Xidmətinə məxsus "Dhruv2" helikopteri Qucarat ştatının qərbində təlim missiyası zamanı qəzaya uğrayıb.Bu barədə ANI agentliyi məlumat yayıb.
Hadisə Porbandardakı sahil mühafizə xidmətinin zonasında baş verib. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.
Hadisə zamanı təyyarədə iki pilot da daxil olmaqla üç nəfər olub və hər üçü ölüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !