Hindistanın paytaxtı Yeni Dehlidə tualet sərgisi keçirilir.
ANS PRESS-in xəbərinə görə, burda ən çox diqqəti cəlb edən məhsullardan biri də sudan istifadə olunmayan unitaz olub.
Su qıtlığı olan ölkələr üçün nəzərdə tutulan bu məhsul, təmizlik üçün suyun zəruri olduğu unitazlara alternativ olacaq.
Ucuz bir dizaynla susuz unitazın 2 milyarddan çox insana çatdırılacağı güman olunur.
Qeyd edək ki, əhali sayına görə dünyanın ikinci ölkəsi olan Hindistanda insanlar zəruri ehtiyacları üçün ayaqyolundan çox da istifadə etmir. Bu səbəbdən yaranmış yoluxucu xəstəliklərin qarşısını almaq üçün BMT Hindistanda bu istiqamətdə xüsusi proqram hazırlayıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !