Eva Braun Adolf Hitlerin 13 il məşuqəsi, təxminən bir gün arvadı olub.
Hitlerlə Eva Braun müntəzəm olaraq 1930-cu ildən görüşməyə başlayıblar. Onların münasibətləri Hitlerin sevgilisi Geli Raubelin (həm də Hitlerin qohumu idi) qısqanclığına və narahatlığına səbəb olmuşdu. 1931-ci ilin sentyabrında Hitlerlə növbəti dəfə mübahisə etdikdə sonra Geli özünü öldürdü. Hitler onun ölümündən dəhşətli sarsıntı keçirmişdi, hətta deyilənə görə onun da özünü öldürəcəyindən qorxub silahını gizlədirmişlər. Söz-söhbət gəzirdi ki, Raubel özünü öldürəndə hamilə imiş... Bundan sonra Hitlerlə Eva Braun bir-birlərinə daha da yaxınlaşmışdılar.
Eva Braun fotoqrafiyanı çox sevirdi və Hitlerin günümüzə qədər gəlib çıxmış fotolarının çoxunu şəxsən o çəkib. ANN.Az Kulis.az-a istinadən təqdim etdiyi bu foto Eva Branun şəxsi arxivindən 1945-ci ildə amerikan hərbçiləri tərəfindən götürülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !