Avropa Parlamentinin bir qrup deputatının İrana ziyarəti ölkədə qalmaqala səbəb olub. Qrupdakı bir qadın deputatın geyiminin kifayət qədər açıq olması, eləcə də digər kişi deputatın kürək çantası ilə görüşlərə qatılması İran icitmaiyyətinin narazılığına səbəb olub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 7 nəfərdən ibarət Avropa Parlamentinin nümayəndə heyəti Tehranda rəsmi görüşlər keçirib. Onlar İran məclisinin spikeri Ali Laricani ilə bir araya gəliblər. Heytəin üzvü olan 36 yaşlı Marietje Schaakegeyindiyi paltar və bədəninin bəzi hissələrinin açıq qalması mübahisələrə səbəb olub.
İranın mühafizəkar deputatı Mehdi Kiçikzadə başda olmaqla avropalı qadın deputat tənqid atəşinə tutulub. M.Kiçikzadə "avropalı deputat rəsmi bir görüşə gecə qonaqlıqlarına gedirmiş kimi paltar geyinib gəlmişdi, məgər fərqliliyi ayıra bilmirmi?" - deyib.
İrandakı bir çox mühafizəkar media orqanları da ölkənin gündəmini təşkil edən avropalı qadının geyim məsələsini müzakirəyə çıxarıb.
Amma sonradan hollandiyalı gənc qadın deputatın xarici işlər naziri Cavad Zərif və parlamentin xarici siyasət sədri Burucerdi ilə görüşlər zamanı paltarının dəyişdirdiyi diqqət çəkib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !