"Bir neçə il əvvəl dostumdan eşitdim ki, homoseksualları cinsi davranışlarla dəyişdirmək üçün onlara zor tətbiq edən gizli klinikalar var. Bunlar təkcə Ekvadorda deyil, Cənubi Amerika ölkələrində, hətta Avropada da var”.
İstiPress "bigpicture”yə istinadən xəbər verir ki, bunu "Until You Change” ("Sən dəyişənə qədər”) adlı layihəsi ilə dünyaya səs salan ekvadorlu fotoqraf Paola Paredes deyib.
Paola 6 ay ərzində belə klinikalarda olmuş insanları axtarıb və hətta onlardan biri ilə ünsiyyət qurub. O, eyni zamanda həmin klinikalardan birinə, qohumuna baş çəkmək bəhanəsi ilə daxil olaraq oradakı dəhşəti görüb.
Fotoqraf həmin dəhşətləri ictimaiyyətə çatdırmaq üçün foto-layihə etmək qərarına gəlir. Fotosessiyada isə gördüklərini və eşitdiklərini canlandırmaq üçün peşəkar aktyorlardan istifadə edib.
P.Paredes bildirib ki, Ekvadorda çoxlu valideynlər, xüsusilə də kənd sakinləri övladlarının qeyri-ənənəvi cinsi orientasiyasının olduğunu öyrənəndə bu klinikaların xidmətindən istifadə etməyə üstünlük verirlər.
Qeyd edək ki, Amerika Psixiatriya Assosiasiyası 1973-cü ildə rəsmi olaraq homoseksuallığı psixi xəstəliklər siyahısından çıxarıb. Hazırda Avropa ölkələrində homoseksuallığın müalicəsi qadağan olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !