Cəbrayılın Horovlu kəndində tikilən 334 fərdi evdə ilkin mərhələdə 1395 nəfərin köçürülməsi planlaşdırılır. Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevaya məlumat verərkən söyləyib ki, layihələndirən ərazi 248 hektarı əhatə edir və Horovlu kəndində 3470 nəfərin köçürülməsi nəzərdə tutulur.
Cəbrayıla ilk köç sentyabrın 26-da baş tutub.
İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Gülnar

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !