HTC şirkətinə ağır zərbə

19:22 | 04.12.2013
HTC şirkətinə ağır zərbə

HTC şirkətinə ağır zərbə

Dünyanın ən populyar smartfon istehsalçılarından olan HTC (Tayvan) korporasiyası ağır zərbə alıb.Milli.Az Gizmodo-ya istinadən bildirir ki, Tayvan şirkəti Nokia ilə uzun müddətdən bəri davam edən patent çəkişməsində uduzub.London məhkəməsinin qərarı ilə Britaniyada HTC One Mini smartfonlarının satışları yasaqlanıb. Məhkəmə materiallarında bildirilir ki, HTC-nin One Mini smartfonundakı mikroçiplərdən biri Nokia-nın intellektual mülkiyyət və patent hüquqlarının kobul şəkildə pozulmasıdır. Dekabrın 6-dan etibarən Britaniyada HTC One Mini-nin satışları dayandıralacaq. HTC korporasiyasının çox ağır maliyyə durumunda olduğunu nəzərə alsaq, London məhkəməsinin qərarı şirkətə olduqca ağır təsir edəcək. Britaniyada indiyədək 750 min ədəd HTC One Mini satılıb və bu minvalla HTC şirkəti 363 milyon dollar gəlir əldə edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM